Cəmiyyət

Ağıl zəifliyi - Demensiya

24 Yanvar 2017 22:40
0 Şərh     Baxış: 4 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demensiya insan təfəkkürünün və intellektinin çatışmazlığıdır.Bu çatışmazlıq beyinin müxtəlif zədələnmələri səbəbdən baş verə bilir.Bu səbəblərə aiddir:
- beyinin iltihabi xəstəlikləri
- müxtəlif travmalar
- toksiki zəhərlənmələr və s.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, demensiyanın əmələ gəlməsi yerli və proqressiv edilmiş olaraq baş verə bilir.Yerli olaraq demensiyanın baş verməsinə beyində əmələ gələn müxtəlif xəstəliklər səbəb ola bilir. Bu xəstəliklərə meningit,ensefalit,ağır kəllə-beyin travmaları və müxtəlif dərman və digər maddələr səbəbli zəhərlənmələr aiddir.Proqressiyaedici demensiya zamanı isə ağıl zəifliyi bəzi xəstəliklərin əlaməti kimi meydana çıxır(Alsheymer,Qeller demendiyası xəstəlikləri,dağınıq skleroz və s.).
Demensiya beyin mərkəzlərinin zədələnməsi səbəblə baş verir.Xəstəliyin əlamətləri zədələnmə ocağının az və ya çox olduğundan asılı olaraq dəyişir.Demensiya zamanı beyin öz fəaliyyətini normal həyata keçirə bilmir.Bu zaman xəstələrdə fikiryürütmə qabiliyyəti zəifləyir,emosiyalar zəif inkişaf edir və onlar ətraf mühitə qarşı ləng reaksiya verirlər.Onların intellekti,yaddaşı,diqqəti,psixi aktivliyi zəif olur.Belə xəstələr baş verəcək hadisə barədə fikir yürüdə bilmirlər.
Demensiya uşaqlarda baş verdikdə onların qavrayışı zəifləyir,nitqində qüsurlar meydana çıxır.Belə uşaqlar özlərinə normal qulluq edə bilmirlər.Onları qidalanması və bütün həyat fəaliyyətləri mütləq nəzarət altında olmalıdır.
Demensiya anadangəlmə olduqda uşaqlara diaqnozu həyatlarının bir-neçə aylığında qoymaq olur.Çünki,demensiyalı körpələr səsi və ətrafda baş verənləri ləng qavradıqlarına görə öz valideyinlərinə də yad insana bəslədikləri reaksiyaları verirlər.
Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və onu əmələ gətirən səbəbdən asılı olaraq aparılır.Bu zaman beyin sinir hüceyrələrinin fəaliyyətini artıran,beyin qan dövranını yaxşılaşdıran preparatlardan və müxtəlif psixoloji-pedoqoji müalicə üsullarından istifadə edilir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.