Cəmiyyət

Bunun çatışmazlığı mədə xərçənginə səbəb olur

24 Yanvar 2017 21:20
0 Şərh     Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatı əhəmiyyət daşıyan B12 vitamininin çatışmazlığı halsızlıq, depressiya, yorğunluq kimi əlamətlərlə özünü göstərir. Beyin və sinir sistemimizə mənfi təsir göstərir.

Müalicə olunmadıqda isə nəticə depressiyaya qədər davam edir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qandakı qırmızı qan hüceyrələrində mövcud olan və oksigen daşıyan hemoqlobin səviyyəsinin kişilərdə 13.5, qadınlarda 11.5 miqdarının azalması qan azlığına səbəb olur.
Sümük iliyində qan hüceyrələrinin normal bir şəkildə olması üçün B12 vitamininə ehtiyac var. Beyin və sinir sisteminə birbaşa təsir edən bu vitaminin olmaması, hər kəsə mənfi təsir göstərir.
Bu vitamin inkişafa da təsir edir. Beyin və sinir sistemi sağlamlığında həyati əhəmiyyət daşıyan B12 vitamini, xüsusilə uşaqların inkişafına təsir edir.
Orqanizmin kifayət qədər B12 vitaminini alması üçün mədə səhhətinin normal olması zəruridir.
Vitaminin yetərli miqdarda qəbul edilməsi üçün balıq kimi məhsullarda bol miqdarda B12-nin olması və mədədə İntrensek Amil (İF) adlanan bir qlikoproteinin var olması lazımdır.
Mədədə İF çatışmazlığına yol açan xərçəng və xora kimi mədə xəstəlikləri və dərmanları, B12 vitamininin udulmasını əngəlləyərək vitaminin çatışmazlığına yol açır. Bu halda xərçəng xəstəliyi daha da çox inkişaf edir. Bu səbəbdən də, B12 vitaminin qəbulu çox önəmlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.