Cəmiyyət

Bir əməlinə görə hər bir şeyini itirir

24 Yanvar 2017 08:05
1 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruzigarın mömin insanlarından biri yuxuda geniş bir bağ görür ki, orada təmtəraqlı bir saray tikilmişdi. Təəccüb edir ki, bu saray görən kimindir. Ona deyirlər ki, bu saray Həbib ibni Nəccarındır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təəccüblə bu saraya baxır və anidən görür ki, bu bağa bir od qığılcımı düşdü və bağ yanmağa başladı. Bütün saray və bağ yanıb kül oldu. Yuxunun heyrətindən ayıldı. Başa düşdü ki, bu yuxu sadiq yuxulardandır.
O günün sabahısı Həbibin evinə gedir və deyir: "Dünən gecə hansı xatanı işlətmisən?".
O, əvvəl gizlədir və heç nə demir. Ancaq nəhayət dilə gəlib deyir: "Dünən gecə anamla dava etmişəm və dava edən zaman onu incitmişəm".
Mömin kişi gördüyü yuxunu onun üçün danışır və ona deyir ki, Allah yanında belə bir məqamın var idi. Ancaq dünənki rəftarına görə hər bir şeyini əldən verdin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.