Cəmiyyət

Azərbaycanda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

20 Yanvar 2017 08:18
1 Şərh     Baxış: 3 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20.01.2017

08:18

Ağcabədidə baş verən yol nəqliyyat hadisəsində xəsarət alanlardan biri həyatını itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sarcalı kəndində baş verən qəzada 4 yaralıdan sürücü, Səfqulu Əliyev xəstəxanada dünyasını dəyişib. Xəsarət alan sərnişinlərin vəziyyəti ağır olaraq qalmaqdadır.

-----------------

19.01.2017

23:12

Ağcabədi rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb. Hadisə rayonun Sarcalı kəndi ərazisində baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Əliyev Səfiqulu Saday oğlunun idarə etdiyi "VAZ 21011" markalı,  04 BL 847 dövlət nömrə nişanlı avtomobil traktora qoşulan lapetlə toqquşub. Nəticədə "VAZ 21 011" markalı maşında olan sürücü S. Əiyev , Hüseynov Əli Ziyad oğlu,  Qasımov Adil Cəlal oğlu və Hüseynzadə Həsən Səfər oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstaxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-ya verilən xəbərə görə, yaralıların vəziyyəti ağırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.