Cəmiyyət

Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır - FOTO

19 Yanvar 2017 21:49
95 Şərh     Baxış: 4 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhidlər xiyabanında 20 Yanvar - Ümummilli Hüzn Gününə hazırlıq işləri başa çatıb. Xiyabanın girişində 20 Yanvar faciəsinin simvoluna çevrilən qərənfillərdən yeni kompozisiya qurulub. Hər il olduğu kimi bu il də xiyabanı minlərlə insan ziyarətə gəlir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə tam hazırdır. Aparılan abadlıq və dekorasiya işləri artıq yekunlaşıb. Xiyabanın girişində Qanlı Yanvar hadisələrindən sonra hüzn simvoluna çevrilən bir cüt qərənfilin kompozisiyası yaradılıb. Bu kompozisiyadan Şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Divarlardakı səkkizguşəli ulduzların üzərinə də cüt qərənfillər vurulub. Xiyabanın ərazisində ziyarətçilərin sərbəst hərəkətini təmin etmək məqsədilə xüsusi dəhliz ayrılıb. Əraziyə təcili yardım xidməti cəlb edilib. Sabah Şəhidlər xiyabanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.