Cəmiyyət

İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator

19 Yanvar 2017 21:04
9 Şərh     Baxış: 7 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini maraqlı, bir o qədər də diqqət çəkəcək virtual kalkulyator hazırlayıb. Yeni kalkulyator sizə mənzilinizdə istifadə etdiyiniz elektrik enerjisinə qənaət etmə imkanı verəcək. Bəs kalkulyatordan istifadə qaydaları necədir? Bunu necə əldə etmək olar? Bu sualların cavabını sujetimizdən biləcəksiniz.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, artıq siz yeni hesablayıcı vasitə ilə mənzilinizdə elektrik enerjisinə qənat edə biləcəksiz. Bakı şəhər sakini Vahid Qasımov hamının işinə yarayacaq "Excel" faylı hazırlayıb. Bu fayl vasitəsi ilə evdə istifadə etdiyiniz məişət avadanlıqlarının və elektrik cihazlarının ayda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini hesablamaq mümkündür.

Virtual kalkulyator həmçinin əhaliyə enerjiyə qənaət etməyin də yollarını təklfi edəcək. Siz bu kalkulyatorun köməyindən istifadə etməklə hansı cihazı daha səmərəli işlədərək enerjiyə qənaət edə biləcəyinizi müəyyənləşdirəcəksiniz.

Belə ki, siz istifadə etdiyiniz məişət cihazının adını, onun gücünü və həmin cihazı ayda təxminən neçə saat işlətdiyinizi kalkulyatorun müvafiq bölmələrinə qeyd edirsiniz. Virtual kalkulyator isə sizin cihazınızın ayda nə qədər elektrik enerjisi istifadə etdiyinizi təxmini hesablayır.

Bu kalkulyatoru əldə etmək isə çox asandır. Vahid Qasımov sosıal şəbəkədəki öz profilində kalkulyatorun linkini yerləşdirib...

odur ki, siz də elektrik enerjisinə qənaət etmək istəyirsizsə, aylıq sərfiyyatınızı əvvəlcədən müəyyən edə bilərsiz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.