Cəmiyyət

Əhvalınızı bir anda düzəldəcək 4 ADDIM

19 Yanvar 2017 23:10
8 Şərh     Baxış: 3 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat enerjinizin tamamilə tükəndiyini hiss etdiyiniz bəzi günlər var. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir an əvvəl bitsin istədiyiniz, xəyal gücünüzün belə sizi tərk etdiyi, kimsəyə tab gətirə bilmədiyiniz o günlər...

Daha çox musiqi
 
Əlbəttə ki, hər əhvala uyğun musiqi növü var, amma belə zamanlarda yüksək templə musiqi dinləmək lazımdır. Yüksələn nəbziniz və ürək döyüntünüz sizə lazımi enerjini verəcək. Hətta bir az da rəqs etsəniz, pis olmaz. Tamamilə əla fikirdir!
 
Enerji demişkən...
 
Pozitiv enerjiyə malik dostlar və söhbətlər də bu kritik günlərdə çox vacibdir. Gecə-gündüz enerjisi bitməyən o dostunuzla bir az çox  vaxt keçirin. Əhvalınızın çox qısa zamanda dəyişəcəyinə söz veririk!
 
Kəşfiyyata çıxmaq
 
Etməli olduğunuz fotoaparatınızı götürüb küçələrə düşməkdir. Fərqli dünyaları kəşf edin. Bitkilərin, həşəratların şəkillərini çəkin. Ya da heç getmədiyiniz bir yerə gedib küçələrdən görüntülər lentə alın.
 
Yaxşı bir film
 
Sizi olduğunuz dünyadan qoparıb başqa bir dünyaya aparacaq bir şey daha var. Bir film salonu. İzləmək istədiyiniz filmi seçin və oturacağa əyləşin. Budur, əhvalınız yüksəlməyə başladı artıq!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.