Cəmiyyət

Bürclərə inanmaq lazımdır?

21 Yanvar 2017 21:10
76 Şərh     Baxış: 7 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə "Bürclər" surəsində Allah-Təala bürclərlə bəzənmiş səmaya and içirsə, bürclərə inanmaq lazımdır?

Bürclərə doğru münasibət bəsləmək lazımdır. Astronomik mənada bürclər səmadakı real göy cisimlərinin - ulduzların xəyali qaydada birləşdirilməsindən əmələ gəlir. Müəyyən ulduz qruplarını bəzi canlılara və əşyalara bənzədərək, onlara adlar veriblər. Bu mənada bürclər ulduz yığınından ibarətdir. Ulduzlar isə həqiqətən mövcuddur və onları inkar etmək olmaz.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran da bürclərə bu mənada yanaşır, onları səma obyekti olaraq təqdim edir: "And olsun bürclər sahibi olan göyə" (Büruc, 1). Bununla yanaşı, Quranda Günəşə, Aya, sübhə, gündüzə, gecəyə də and içilir, amma heç kim bunların insan taleyinə təsir etməsinə inanmır. Amma xalq içində bürclərə batil inanc mövcuddur. Guya bürclər yerdəki hadisələrə təsir edir, insanların taleyini idarə edir və s. Belə bir inancın tutarlı əsası yoxdur və dinimiz bunu qəbul etmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.