Cəmiyyət

"Ailəmizdə problem var, dalaşırıq və bir-birimizi başa düşmürük..."

21 Yanvar 2017 20:40
45 Şərh     Baxış: 3 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox hallarda ailədə baş verən problemlər ailə üzvlərinin Allahın əmr və qadağalarına kifayət qədər riayət etməməsi, Allahın onların üzərinə qoyduğu haqq və vəzifələri bilməməsindən irəli gəlir. Hər bir halda onlara mümkün qədər İslamı və İslam əxlaqını öyrətmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin (Allah onlardan razı olsun) həyatından danışmaq, Uca Allahdan qorxmaq, bir-birinin haqqına girməmək və s. məsələlərə dəvət etmək lazımdır. Həmçinin, bu mövzuda kitablar almaq, dərslərə qulaq asmaq üçün şərait yaratmaq və s. lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, zövcənizə islamı öyrətmək də onun sizin üzərinizdə olan haqlarındandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət Təhrim, 6).
Ailə başçısı kişi olduğu üçün bu söz ilk növbədə ona aiddir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kişi ailənin idarə edicisidir və etdiklərinə cavabdehdir". (Buxari, Muslim, Tirmizi).
Həmçinin İbn Ömər (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Buxari, 9/77, № 2554-7138; Muslim, 12/215, № 1829).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.