Cəmiyyət

Heyvanı kəsməyin qaydası

21 Yanvar 2017 22:40
0 Şərh     Baxış: 4 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb dilində buna "əz-Zəkat" deyilir. Bu sözün əsl mənası, gözəlləşdirmək deməkdir. Ona görə də ərəblər gözəl iyi bu sözlə vurğulayardılar.
Heyvanı kəsməyin bu adla adlandırılmasına səbəb, şəriətin qoyduğu kəsim qaydası ilə heyvan ətinin gözəlləşdirilməsidir.
İstilahi manası, heyvanın boğazını kəsmək və ya xəncəri birbaşa heyvanın ərəyinə salıb öldürməkdir. Əti yeyilən heyvanların əti, yalnız heyvan kəsdikdən sonra halaldır. Yalnız balıq və çəyirtkə halaldır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, heyvanlar iki cürdür: Kəsilməsi mümkün olan və olmayan.
Kəsilməsi mümkün olan heyvanların boğazını və sinəsini[1] kəsmək lazımdır.
Kəsilməsi mümkün olmayan heyvanları isə bacardığı qədər onu yaralayıb öldürməkdir.
İbn Abbas (A.R.O.) demişdir: "Heyvan boğazından və sinəsindən kəsilməlidir".
İbn Ömər, İbn Abbas və Ənəs (Allah onlardan razı olsun) demişlər ki, heyvanın başı kəsilibsə kifayətdir.
Rafi ibn Xədic deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim: Ey Allahın elçisi, biz sabah düşmənlə qarşılaşacağıq amma bizim (heyvan kəsmək üçün) bıçağımız yoxdur. Peyğəmbər (S.A.V.) dedi: "Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye. Amma kəsmək üçün işlədilən alət dırnaq və diş olmasın. Dırnaq, həbəşilərin bıçağıdır. Diş isə sümükdür". Həmin vaxt qarşımıza bir dəstə dəvə və qoyun çıxdı. Dəvələrdən biri sürüdən ayrılıb qaçmağa başladı. Bir nəfər onu oxla vurub saxladı. Peyğəmbər (S.A.V.) dedi: "Bu dəvəyə çöl heyvanlarının xüsusiyyətləri keçmişdir. Əgər o sizi yaxına buraxmasa o zaman onu belə edin (oxla vurub kəsməyə cəhd göstərin, əgər bunu da bacarmasanız o zaman öldürüb yeyin)"[2].
 
[1] Yəni, xəncəri birbaşa heyvanın ərəyinə salıb öldürmək. Dəvənin kəsilmə qaydası belədir. (tərc.)
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2185.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.