Cəmiyyət

Zəvariyasətin kim idi?

21 Yanvar 2017 22:15
1 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məmunun bir vəziri var idi ki, adı Fəzl ibni Səhl idi. O, zərdüşt dinində idi. Bəraməkilərin zamanında Fəzl ibni Səhl təhsil alımış və zirək bir insan idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xüsusilə də nücum elmindən xəbərdar idi və Bəraməkilərin zamanında müsəlman olmuşdu. (Həvzəh)
Fəzl ibni Səhl Məmunun vəziri vəzifəsinə qədər qalxır və eyni zamanda iki peşəyə malik olur:
Birincisi vəzir idi, yəni xəlifədən sonra bütün işlərin qüdrətinə malik bir insan idi.
İkincisi isə ordu rəhbəri idi və Məmunun bütün ordusu onun əmri altında idi.
Ona görə də Fəzlə, Zəvariyasətin deyirdilər. Çünki iki mühüm vəzifəsi var idi: biri vəzirlik və o biri isə orduya rəhbərlik.
Məmunun ordusunun hamısı Fəzli ibni Səhlin ardıcılları idi. Ona görə də Məmunun dövründə Fəzlin hakimiyyəti o yerə gəlib çatmışdı ki, Məmunu sadəcə bir idarə aləti kimi istifadə edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.