Cəmiyyət

Həzrət Adəm (ə) hansı dildə danışmışdı?

21 Yanvar 2017 23:15
0 Şərh     Baxış: 3 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarix adətən Adəm (ə) peyğəmbərin hansı dildə danışması barəsində sükut edir. Ancaq Allah hər bir peyğəmbərə öz dilinə uyğun olaraq vəhy göndərmişdir. Quran vəhyin peyğəmbərlərə (ə) nazil olma keyfiyyəti barəsində belə buyurur:"Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin". ("İbrahim" 4).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs görəsən Allah Təala Həzrət Adəmlə (ə) hansı dildə danışmışdır? Sonradan Adəm (ə) də həmin dillə Həvva (ə) ilə danışmışdır. (Həvzəh)
Çox təəssüf ki, Həzrət Adəmin (ə) dili barəsində əlimizdə dəqiq məlumat yoxdur, sadəcə ehtimallar vardır ki, sizlərə də təqdim edirik:
1. Bəzi təfsirçilərin nəzərinə görə, Allah Təala  bütün dilləri Həzrət Adəmə (ə) öyrətmişdir və o, bütün dillər ilə tanış idi. Quran buyurur: "Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi)". ("Bəqərə" 31).
2. Bəziləri deyir ki, qədim siryak dili, yəni sami və ərəb dilinin anası olan siryak dili Həzrət Adəmin (ə) dili olmuşdur.
3. Ehtimal verilir ki, behişt əhli də ərəb dilində danışdığına görə, Həzrət Adəmin (ə) də dili ərəb dili olmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.