Cəmiyyət

Şəriəti bilməyən qüslverən...

21 Yanvar 2017 21:45
1 Şərh     Baxış: 1 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazarlar yaxşı bilər. Hərdən nəsə yazmaq istəyirsən, amma səni təlatümə salan mövzu yoxdur. Bir mövzu ki, səni silkələmədi - onu yazmasan yaxşıdır. Çünki, necə deyərlər, səni silkələməyən mövzu dadsız və duzsuz alınacaq. Elə onu yazmasan yaxşıdır...

Elə bu mövzu axtarışında idim ki, mövzu gəlib məni özü tapdı. Yaxın qohumum zəng vurdu və meyit qüslünü necə verməyin qaydası barədə soruşdu. Mövlud Olimpiadasının bərəkətindən, nəyi də bilməsəm, meyit, kəfən-dəfn məsələlərini demək olar ki, əzbərləmişəm. Hənutdan tutmuş, kəfənin neçə tikə parçadan ibarət olduğunu yuxuda da soruşsalar, əzbər deyərəm...
Sual verən qohumuma meyit qüslünün meyitə verildiyini, ona toxunan insanın isə məssi-meyit qüslü almalı olduğunu başa saldım. Dedi ki, elə məssi-meyit qüslunu soruşmaq istəyirdi. Mən də qaydasınca başa saldım. Sualı verən insan lap yaxın qohumum olduğu üçün, narahat oldum, bu qüslu niyə soruşduğunu xəbər aldım. O da, bir tanışına lazım oldunu dedi. Bir də yenidən üsulluca başa saldım ki, dəqiq və düzgün yerinə yetirsin.
Mən hətta, ölüyə əl vuran təqdirdə, hansı halda qüsl vacib olduğunu da başa saldım. Dedim bəlkə həmin adam, rəhmətliyə bədəni hələ soyumamış əl vurub, onda qüsl vacib olmur. Beləcə, bu kimi şəri məsələləri bilməyən adama çatdırmağın sevincilə danışırdım, söhbətin qızğın yerində birdən, mənə zəng vuran həmin yaxın qohumum dedi ki, bəs elə ölünü də həmin adam yuyub. Bayaqdan danışdıqlarım bu an fikrimdən çıxdı. Beynim bir anlıq error verdi...
Milli.Az deyerler.org-a istinadən bildirir ki, necə yəni, soruşan adam ölüyə qüsl verib? O, axı özü qüsl məsələlərini bilmir. Necə olur bir başqasına qüsl verir? Qüsl verənin şərtlərindən biri də budur ki, qüsl məsələlərin yaxşı bilsin. Bu əgər özü üçün qüsl ala bilmir və üçüncü şəxsə müraciət edirsə (hələ bilmək olmaz, həmin adam məssi-meyit qüslunu öz iradəsi ilə soruşub, yoxsa qonaq gəldiyi ev sahibinin "bir necə saat bundan əvvəl ölü yumusan, qüsl vermisənmi?" sualı qarşısında, məcburiyyətlə soruşmağa vadar olub). Hər halda sual meydana çıxıbsa, cavablandırılımalıdır. İstənilən şəri məsələnin soruşulub-öyrənilməsi - İslamın yaşadılmasıdır və təqdirəlayiqdır.
Bu, verilmiş sual haqqında. Amma insanı silkələyən və yuxarıda dediyim təlatümə gətirən, həmin insanın bu və ya buna bənzər məsələlərdən xəbərsiz olduğu halda, bir başqa insanın bəlkə də aqibətinə təsir edəcək bir məslələsini yerinə yetirməsidir. Bu hadisədə mənim həmin ölüyə sözün əsil mənasında yazığım gəldi... Dilsiz-ağızsıq, hərəkətsiz uzanmış, artıq heç bir şeyə qarışa bilmir, heç nəyə müdaxilə edə bilmir... Bu dünyadan getmiş müsəlmana ehtiram edilməlidir. Onun kəfən, qüsl, dəfn mərhələlərini düzgün, şəriət qaydalarına uyğun bir şəkildə həyata keçirmək - əgər bunu həyata keçirdən yoxdursa - hətta bütün müsəlmanların boynuna düşən vacib bir əməldir. Yəni, müqəddəs dinimiz bu məsələyə fövqəl dərəcədə önəm verir...
Əslində, həmin, ölüyə qüsl vermiş və indi də özü üçün, qüslun necə verilməli olduğunu soruşan insan, bu yaşınacan qüsl məsələlərini çoxdan bilməli idi. Çünki, biz əhalisinin çox hissəsi müsəlmanlar olan bir ölkədə yaşayırıq. Burada əksəriyyət müsəlmandır. Bura Niderland-filan deyil ki, qüslu birinci dəfə eşidək. Həm də bir halda ki, hətta ölüyə qüsl verilməli olduğunu biliriksə, deməli, öz şəri məsələlərimizi də bilməyə borcluyuq. Qüsl isə, şəri məsələlərin ən ibtidaisidir. Yəni hamının bilməli olduğu məsələdir. O cəmiyyətdə ki, adətən ölən insanlara qüsl verirlər, o cəmiyyətdə mütləq dirilər də qüsl almalı olduqarını birmənalı şəkildə bilməlidirlər. Və hətta valideynlərinin borcudur ki, öz övladlarına öyrətsinlər.
Artıq bu dünyadan getmiş bir insana, Allahın dərgahına getdiyi üçün, bu cür "xala-xətrin qalmasın" qüslü verdikdə, başa düşməliyik ki, insan hələ bu dünyaya gəlməmişdən qabaq da Allahın dərgahındadır artıq və bu dünyaya gəldikdən həmən sonra onun bəndəlik missiyası başlayır. Amma çox təəssüflər olsun ki, toplumda belə bir yanlış stereotip yaranıb ki, sanki, insan öləndə Allaha bəndəliyə gedir...
Diqqət etməliyik... Çox çətin və acınacaqlı bir vəziyyətdir. Qüsl alıb, özümüzə hörmət qoymuruq, bu azmış kimi, kimisə, son mənzilə naqis qüslla yola salırıq...
O rəhmətliyin günahı nə idi?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.