Cəmiyyət

ARB TV-dən millət vəkilinin iradına MÜNASİBƏT

19 Yanvar 2017 12:35
0 Şərh     Baxış: 2 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin rəsmisi İsmayıl Həsənov Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadənin ARB TV-də yayımlanan xəbərlə bağlı iradı haqda açıqlama verib.

İ.Həsənov məsələ ilə bağlı bunları söyləyib: "Qeyd edim ki, sözügedən xəbər 18 yanvar tarixində, ARB TV-nin "Ölkə Xəbər" proqramında efirə gedib. Süjetdə Mingəçevir sakini, 8 yaşlı Nihad Ağayevin istedadı tamaşaçılara çatdırılıb. Hörmətli millət vəkilimiz Aydın Mirzəzadənin həmin süjetlə bağlı açıqlamasında da belə istedadlarımızın tanıdılmasının önəmi vurğulanıb. Bununla yanaşı, deyə bilərəm ki, millət vəkilimiz həmin süjetlə bağlı iradlarında da haqlıdır. Belə ekstremal, təhlükəli  tryukların digər şəxslər tərəfindən təkrar olunmaması üçün efir vasitəsilə xüsusi xəbərdarlıq şərhinin qeyd olunmasını zəruri hesab edirik və gələcəkdə bu məsələlərdə daha diqqətli olmağa çalışacağıq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.