Cəmiyyət

İspaniyanın "El Periodico" portalı: "Biz Azərbaycan qarşısında borcluyuq"

18 Yanvar 2017 23:05
Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "El Periodico" portalında "Tarixin yaddaşı: Biz Azərbaycan qarşısında borcluyuq" sərlövhəli məqalə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada fəaliyyət göstərən Respublika Aviatorlar Assosiasiyasının prezidenti Akinilio Matanın müəllifi olduğu məqalədə İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanın Gəncə şəhərində təlimlər keçmiş ispan pilotlar və onların xatirəsinin Azərbaycanda əziz tutulmasından söz açılır.

Müəllif qeyd edir ki, Azərbaycan hökumətinə və xalqına İspaniya tarixinin bu maraqlı səhifəsini qoruduqları üçün minnətdarlıq ifadə etmək lazımdır.

Məqalədə, həmçinin Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olması faktı qeyd edilir, həmin torpaqlarda etnik təmizləmə aparıldığı vurğulanır. Müəllif ispan cəmiyyətini Azərbaycan qarşısında vicdan borcunu yerinə yetirməyə, Azərbaycan həqiqətləri ilə maraqlanmağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.