Cəmiyyət

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək - VİDEO

18 Yanvar 2017 22:47
1 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həyata orqan transplantasiyasının siyahısı genişlənəcək. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, məsələ bu gün Milli Məclisin səhiyyə komitəsində müzakirə edilib. Komitənin sədri Əhliman Əmiraslanov yaxın zamanda ürək köçürmə əməliyyatlarının gerçək olacağına diqqət çəkib.

Komitə iclasında ən diqqətçəkən məsələ isə Azərbaycana xaricdən gözün buynuz qişası toxumalarının gətirilməsi ilə bağlı qanunda dəyişikliklərin edilməsi təklifi olub. akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, hazırda 2987 nəfər qeydiyyatda olan xəstə bu buynuz qişanın köçürüləcəyi zamanı gözləyir.

Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev gözün buynuz qişası toxumalarının Azərbaycana gətirilməsinə əsas maneənin gömrük qaydalarında bu prosedurun əksini tapmaması olduğunu vurğulayıb.

Müzakirələrdə qərara alındı ki, buynuz qişası toxumalarının ölkəyə gətirilməsi ilə bağlı qanuni dəyişikliklər üzərində işə başlansın və eyni zamanda bu toxumaların Azərbaycanda meyitlərdən əldə edilməsi üçün yeni göz bankının yaradılması üçün addımlar atılsın. Müzakirələrdə pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun layihəsinin də yaz sessiyasında geniş müzakirəyə çıxarılması təklif olunub. Millət vəkilləri hesab edir ki, icbari tibbi sığortanın tətbiqinin başladığı bir vaxtda pasiyentlərin hüquqlarının qorunmasının təmini vacibdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.