Cəmiyyət

Bina tikintisi üçün ayrılacaq əraziyə dair - TƏLƏBLƏR DƏYİŞDİ - VİDEO

18 Yanvar 2017 22:51
2 Şərh     Baxış: 1 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sahəsi kiçik olan ərazilərdə yüksəkmərtəbəli binaların tikintisinə son qoyulur. Bundan sonra, sakinlərin istirahəti və avtomobillərin parkinqi üçün kifayət qədər ərazisi olmayan binaların tikintisinə icazə verilməyəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərsalma norma və qaydalarına edilən dəyişikliyə əsasən, tikinti şirkətlərindən hündürmərtəbəli binaların inşası üçün daha geniş ərazilər tələb olunacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Fəxri Aydəmirov deyir ki, dəyişikliyə əsasən, 1 hektarlıq ərazidə onmərtəbəli bina tikilərsə, burada tikinti sıxlığı maksimum 10 min kvadratmetr, yox əgər 25 mərtəbəli bina tikilərsə, bu zaman sıxlıq 25 min kvadratmetrdən çox ola bilməz. Üstəlik, mərtəbələrin sayı artdıqca tikilinin sahəsi də kiçilir.

Yeni qayda və normalar vasitəsilə tikintilər səbəbindən gələcəkdə yarana biləcək sıxlıqların qarşısının alınması hədəflənir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bina tikintisi üçün ayrılacaq əraziyə dair - TƏLƏBLƏR DƏYİŞDİ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.