Cəmiyyət

"Nachrichten Express": Ermənilər azərbaycanlı hərbçilərin cəsədlərini vandalizmə məruz qoyurlar

18 Yanvar 2017 21:25
14 Şərh     Baxış: 4 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Nachrichten Express" xəbər saytında "Bakı: Ermənistan Azərbaycan əsgərlərini vandalizmə məruz qoyur" sərlövhəli məqalə verilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə bildirilir ki, Ermənistan əsgərləri 2016-cı il dekabrın 29-da Azərbaycana qarşı keçirdikləri uğursuz hərbi əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar.

Qeyd olunur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dekabrın 30-da verdiyi bəyanatda Ermənistanı etik-mənəvi prinsipləri pozmaqda ittiham edib. Bəyanatda Ermənistanın öldürülən Azərbaycan əsgərlərinin cəsədlərini təhqir etməsinin məqsədli strategiya olduğu və bununla Azərbaycan tərəfini qorxutmaq məqsədi daşıdığı göstərilib.

Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qısa arayış verilir, 2016-cı il aprel hadisələrinə toxunulur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.