Cəmiyyət

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı

18 Yanvar 2017 21:12
23 Şərh     Baxış: 5 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib.

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar da həmin dialoq və epizodlardan narahat olduğunu, filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.