Cəmiyyət

"20 ildir ki, yol bu gündədir, qazandığımı maşına xərcləyirəm" - VİDEO - FOTO

18 Yanvar 2017 17:00
2 Şərh     Baxış: 1 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllının Aşağıbaş kəndinin yollarının təmir-bərpaya ehtiyacı var.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, uzun illərdir bərbad olan yolda qış aylarında gediş-gəliş daha da çətinləşir. Yağışlı havalarda yolda iri gölməçələr yaranır. Hərəkət çətinləşir, piyadalar çətinlik çəkir.

Şahnaz Əzizova (məktəbli): "Məktəbə gedəndə üstümüz palçıq olur, bulaşır".

Turab Əmrahov (sakin): "20 ildir ki, bu küçələr belədir".

Şahid Mənsimov (sakin): "Yollar pis gündədir. Taksi işləyirəm. Qazandığımı da maşına xərcləyirəm".

Problemlə bağlı kənd sakinləri bir neçə dəfə lazımi qurumlara müraciət edib. Ancaq problem həllini tapmayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, il ərzində bu problem həll olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.