Cəmiyyət

Yuxusuzluq kökəlməyə səbəb olurmu?

19 Yanvar 2017 22:45
7 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər gecə rahat yatmaq və yuxunun miqdarı səhərki günümüzün necə olacağına səbəbi olur. Belə ki, rahat yatmamaq insanın gündəlik iş həyatına təsir etməklə, onun əmək qabiliyyətini azaldır. Yaxşı yatıb dincəldikdə isə zehnimiz və bədənimiz daha rahat və gümrah olur. Yatmayıb yorğun olduğumuzda isə diqqətimizi bir yerə toplaya bilmirik və hətta bəzən xəstə oluruq. Normal olmayan yuxu insanın dərisinə, mədə-bağırsaq sisteminə, immunitetinə, çəkisinin normal qalmamasına səbəb olur.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər yetərincə yatmamağın insanlarda kökəlməyə səbəb olduğunu söyləyirlər. Mütəxəssislərin araşdırmaları yetərincə yatmayan adamların kökəlməyə meyilli olduğunu söyləyirlər. Onlar yuxusuzluğun orqanizmdə bir çox hormonun normal funksiyasına mənfi təsir etdiyini sübut etmişlər.
Normal bir yuxu keyfiyyətli bir həyatın təminatçısı olmaqla yanaşı sağlam həyatın da təməlidir. Çünki aktiv qala bilmək üçün orqanizmin gözəl bir yuxuya ehtiyacı var. Bəzən yuxusuzluq insanların müxtəlif vərdişlərindən dolayı meydana çıxa bilir. Amma araşdırmalar yatmazdan əvvəl yürüş etmənin rahat yatmağa səbəb olduğunu söyləyərək yuxusuz qalan insanlara hər axşam yeməyindən sonra piyada gəzməyi məsləhət görürlər. Bundan başqa duş qəbul etmək, kitab oxumaq, çox qida qəbul etməmək də yuxuya yaxşı təsir edir.
Mütəxəssislər artıq çəkidən əziyyət çəkən adamlara çəkisini azaltmaq üçün ilk növbədə yuxusunu normaya salmağı məsləhət bilirlər. Çünki yuxusuzluq maddələr mübadiləsini pozur və insanın yağ-piy mübadiləsini korlayır. Bir həftə yuxusuz qalmaq orqanizmin qlükoza qəbulu zamanı baş verən insuilin mübadiləsinin də pozulmasına səbəb olur. Bu zaman insulin qanda olan qlükozanı parçalayıb enerjiyə çevirə bilmir və qanda qlükozanın miqdarının artmasına səbəb olur. Yuxusuzluq beynimizdə olan kanabinoid reseptorlarına təsir edərək insanın acmasına və artıq qida qəbuluna səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.