Cəmiyyət

Dilə gətirilməyən arzu

19 Yanvar 2017 23:20
1 Şərh     Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muhəmməd ibni Əli ibni İbrahim nəql edir: "Həyat bizim üçün çox ağır olmuşdu və yoxsulluq bizə hücum çəkmişdi.
Bir gün atam mənə dedi: "Bizi İmam Həsən Əsgərinin (ə) xidmətinə apar ki, onu səxavətli olması ilə mədh edirlər". (Erfan)
Atama dedim: "Onu tanıyırsan?".
Dedi: "Tanımıram və onu heç bir zaman görməmişəm".
Biz İmama (ə) tərəf yola düşdük və yolda atam mənə dedi: "Həqiqətən, göstəriş versəydi bizə 500 dirhəm verərdilər, 200 dirhəmi geyim üçün, 200 dirhəmi buğda üçün, 100 dirhəm də həyat xərclərimiz üçün olardı".
Mən də öz növbəmdə düşündüm: "Ey kaş mənim üçün 600 dirhəm verərdi, 100 dirhəmə minik alardım, 100 dirhəm həyat xərclərim üçün olardı, 100 dirhəm geyim üçün olardı və sonra da Cəbələ tərəf gedərdim".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) evinə gəlib çatanda xidmətçi bizə tərəf gəldi və dedi: "Əli ibni İbrahim və oğlu, daxil olun".
O zaman ki, daxil olub salam verdik, İmam (ə) atama buyurdu: "Səni bu qədər zaman bizim ziyarətdən saxlayan şey nə idi?".
Dedi: "Ey mənim sərvərim! Səni bu halımla görməyimdən həya etmişəm".
İmamın (ə) xidmətindən çıxan zaman xidmətçi gəldi və atama bir pul kisəsi verib dedi: "Bu, 500 dirhəmdir, 200 dirhəm geyim üçün, 200 dirhəm buğda üçün və 100 dirhəm də həyat xərcin üçündür".
Mənə də bir kisə verdi və dedi: "Bu, 600 dirhəmdir, 100 dirhəmi minik almaq üçün, 100 dirhəmi həyat xərcin üçün, 100 dirhəmi geyim üçün qərar ver. Cəbələyə getmə, Səvaya (İraqda olan bir yer adıdır) get".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.