Cəmiyyət

Üzük taxdığınız barmağınıza görə xasiyyətiniz

19 Yanvar 2017 23:40
8 Şərh     Baxış: 5 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Psixoloqların fikrincə, aksessuarlardan istifadə vərdişləri də insanın xarakterindən xəbər verir. Məsələn, üzüyü, əsasən, hansı barmağınıza taxırsınız? Üzük üçün seçdiyiniz həmin barmaq sizin hər hansı yaxşı xüsusiyyətinizin, bəlkə də çox pis xasiyyətinizi ətrafınızdakılara göstərə bilər.

Elə siz özünüz də ətrafınızdakı insanların üzüyü hansı barmağa taxdıqlarına diqqət etməklə onları daha yaxşı tanıya bilərsiniz.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, baş barmağa üzük taxan insan özündən çox əmindir. Bu həm kişilər, həm də qadınlar üçün keçərlidir.

Qədim Yunanıstanda kişilər cinsi baxımdan güclü olduqlarını göstərmək üçün baş barmaqlarına üzük taxıblar.

Baş barmağa üzük taxmağı xoşlayan qadınlar inadkar və qəzəbli olurlar.

Sağ əlin işarə barmağına üzük taxmağı xoşlayanlar güc və iqtidar həsrəti ilə yanıb tutuşanlardır. Belə insanlar hamıdan tərif eşitmək, diqqət mərkəzində olmaq arzusundadırlar.

Sol əlin işarə barmağına üzük taxmağı sevənlərin isə özlərinə inamları tam olur. Onlar çox güclü bir xarakterə sahib olurlar.

Üzüyü orta barmağında olanlar şən, zarafatcıl və özlərini tərifləməkdən zövq alan insanlardır. Onlar daim diqqət mərkəzində olmağı bacarır və bundan həzz alırlar. Onlar hər hansı bir məsələ ilə bağlı qərar verərkən heç kimin təsiri altında qalmırlar. Doğru ilə yanlışı ayıra bilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.