Cəmiyyət

Etibarnamə ilə maşın satdı - Başına iş açdı

17 Yanvar 2017 21:11
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deməli bir nəfər 25 illik etibarnamə ilə avtomobil alıb. Ancaq bir müddət sonra onu 1 illik etibarnamə ilə başqasına satıb. İndi isə 1 illik etibarnamənin müddəti bitdiyindən avtomobilə yazılan bütün protokollar həmin şəxsin ünvanına gəlir. Bəs bu hallardan çıxış yolu varmı?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 il öncə satdığı avtomobilin cərimələri onun adına gəlir. Maraqlı hadisə Yevlax rayonun Ərəş kənd sakini Rüfət Bəşirovun başına gəlib. O, 1983 il istehsalı olan avtobilini Bərdə rayon sakininə sataraq 1 il müddətinə etibarnamə verib. Həmin şəxs isə avtomobili 3-cü bir şəxsə satıb. Hazırda isə Rüfət Məmmədovun adına 26 illik verilən etibarnamənin müddəti davam etdiyindən cərimələr Yevlax sakinin ünvanına gəlir.

İndi isə Rüfət Bəşirov adında olan etibarnaməni ləğv etdirmək istəyir. O avtomobilin əsl sahibi ilə əlaqə saxlamağa çalışıb. Ancaq məlum olub ki, həmin şəxs ötən il dünyasını dəyişib. Aidiyyatı qrumlara müraciət etsədə ona bu etibarnamənin ləğv edilməyəcəyi bildirilib.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, vətəndaş 37 illik etibarnaməni ləğv etdirə bilər. Əgər həmin şəxs etibarnaməni ləğv etdirmək istəyirsə, o mütləq avtomobilin əsl sahibinin ölümü barədə kağızı natariusa təqdim etməlidir. Bu zaman həmin etibarnamə ləğv ediləcək. Bununla da həmin avtomovil ilə yol hərəkəti qaydalarının pozulmasına görə, yazılan protokollar onun ünvanına gəlməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.