Cəmiyyət

Şamaxıda su problemi - Ümid su maşınlarına qalıb - VİDEO - FOTO

17 Yanvar 2017 19:50
4 Şərh     Baxış: 6 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər saat 8-dən Şamaxı küçələrini su satanların səsi bürüyür.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, bütün evlərin qarşısında dolmağı gözləyən su qabları düzülür.

Vay o gündən ki, yuxudan gec oyanasan, həmin gün susuz qalırsan. Dörd bir tərəfində qaynama bulaqlar olan Şamaxıda illərdir su tapılmır. İçməli suya həsrət qalan sakinlər bir neçə ildir çəkilməkdə olan yeni su xəttinin açılışını səbirsizliklə gözləsə də hələ bir xəbər yoxdur.

Kənd sakini: "Camaatın qabları qapının ağzındadır. Gözləyirlər ki, su dolsun.Su bitsə, məcburuq vedrəmizi əlimizə alıb harada su varsa, harada quyu varsa oradan su götürək".

Əvvəllər əhali küçələrdəki bulaqlardan su daşıyırdı. 10 il olar ki, o bulaqların da suyu quruyub. Hazırda sakinlərin su ehtiyyatını bu cür su maşınları qarşılayır. Şamaxının Əngəxaran kəndindən gətirilən içməli su sakinlərə satılır. Litri 1 qəpiyə olan suya təlabat çoxdur.

Sakinlərin sözərinə görə, yeni su xətləri çəkilərkən evlərə sayğaclar da quraşdırılıb. Amma nə su var, nə də sayğac fırlanır.

Sakinlərin ikinci su mənbəyi isə şəhərin çıxışında yerləşən Musa bulağıdır. Günün istənilən saatında burada insanlar avtomobillərlə növbədə olur. Şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iki qab su əldə etmək üçün saatlarca növbə gözləyir. Məsələ ilə bağlı Şamaxının su-kanal idarəsindən verilən məlumata görə, yeni su sisteminin çəkilməsi prosesi bu ilin ortalarına yekunlaşacaq.

İdarənin rəisi Eldəniz Şeydayev bildirdi ki, ilkin mərhələdə fevral ayının sonunadək 3400 abonent yeni xəttə quraşdırılacaq. İşlər başa çatdıqdan sonra isə ümumilikdə 12 min vətəndaş yeni içməli su ilə təmin olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şamaxıda su problemi - Ümid su maşınlarına qalıb - FOTO

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.