Cəmiyyət

Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə - VİDEO

16 Yanvar 2017 22:49
28 Şərh     Baxış: 12 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qeyri-adi hadisə yaşanıb. 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub. Qadın tamamlilə başqa bir narahatlığından dolayı həkimə müraciət etdikdə isə hamiləliyi üzə çıxıb və dərhal doğuşa qəbul olunub.

Tənginəfəs olduğu üçün həkimə getdi, qucağında uşaqla qayıtdı. Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.

Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb. Eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.

9 ay müddətində varlığından heç kəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.