Cəmiyyət

Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO

15 Yanvar 2017 20:22
345 Şərh     Baxış: 23 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə Bakı sakinin sosial şəbəkələrdə yaydığı video ciddi müzakirə mövzusuna çevrilib. O iddia edir ki, 12-ci imamdır. İmran Əliyev adlı şəxs həmçinin İsa peyğəmbərin geri göndərildiyini də deyir. Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqresiya ilə qarşılanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, özünü Əliyev İmran Xeyrulla oğlu kimi təqdim edən bu şəxs çəkdiyi video müraciətlə 12-ci imam Mehdi Sahibəz zaman olduğunu iddia edir. Özü də rus dilində.

O əvvəlcə bütün inanclı insanları salamlayır. Deyir ki, bu gün bu video yazını bütün dünya görəcək. Bakı şəhərində yaşadığını da vurğulayan İmran iddia edir ki, 2 il bundan qabaq ona Allah tərəfindən vəhy gəlib. Güya ona deyiblər ki, 12-ci imam Mehdi Əleyhissəlam onun özüdür. İlahiyyatçı Ağa Hacıbəylidən də bu məsələyə münasibət öyrəndik.

İmran daha da qabağa gedərək İsa peyğəmbəringeri qayıtdığını da deyir. Bildirir ki, İsa peyğəmbər Rusiya federasiyasının prezidenti Vladimir Putindir.

Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqresiya ilə qarşılanıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən "bildirdilər ki, belə videolar müxtəlif adamların dili ilə tez tez yayılır. Onları ciddi qəbul etmək olmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bu görüntülər ciddi müzakirə mövzusu oldu - O iddia edir ki, 12-ci imamdır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.