Cəmiyyət

Zəfəran çayı haqqında bilmədikləriniz

12 Yanvar 2017 08:08
0 Şərh     Baxış: 3 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəfəran uzunömürlü bitkidir. Adı dünyanın ən bahalı qidaların siyahısına salınmışdır. Zəfərandan kulinariyada, kosmetalogiyada geniş istifadə edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, zəfəran çayı orta dərəcəli depressiya xəstəliyinin sağalmasında böyük rol oynayır.
Depressiya xəstəliyindən əziyyət çəkən
40 kişi üzərində aparılan araşdırmada 6 həftə ərzində gündə 30 mq zəfərandan istifadə edən depressiya xəstəsində xəstəliyin əlamətləri xeyli azalmışdır.
Göz xəstəlikləri.
Aparılan kliniki araşdırmalar zəfəran bitkisinin gözün retin qişasına qanın axmasında və petinopatiyaların müalicəsində və yaşla əlaqəli degenerasiyalarda böyük rolu olduğunu sübut etmişdir.
Bundan başqa zəfəran çayı aşağıdakı xəstəlilərin müalicəsində faydalı təsirə malikdir:
- ürək - damar xəstəlikləri
- pssorias xəstəliyi
- infeksiyaya qarşı qoruyucu təsirə malikdir
- xərçəng əmələ gəlməsini ləngidir.
Zəfəran çayı necə dəmlənir?
1 stəkan qaynar suyun içərisinə 6-7 ədəd zəfəran qoyulur və 1-2 dəqiqə qaynadılır. Çayı dəmləmək üçün ən çox 5 dəqiqə sərf edilməlidir. Zövqə görə çayın içərisinə darçın çubuğu və ya şəkər tozu əlavə etmək olar. 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.