Cəmiyyət

Qripin müalicə prosesini sürətləndirən 5 təklif

10 Yanvar 2017 23:10
1 Şərh     Baxış: 2 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Müalicənizi ləngitməyin.

Həkiminizin verdiyi müalicəni ləngitmədən tətbiq etməyiniz çox əhəmiyyətlidir. Öz diaqnozunuzu özünüz qoyub təsadüfi dərman istifadə etməyin. Xüsusilə müalicə məqsədi ilə alınan antibiotiklərin faydasından çox ziyanı olur.
2. İstirahət edin.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  bu dövrdə bədəniniz tamamilə yorucu hərəkətlərdən uzaq durmalı, mütləq bir neçə gün istirahət etməlidir. İstirahət olmasa, həm müalicə prosesi uzanır, həm də xəstəliyin yaradacağı əks təsir riskləri artmış olur.
3. Kifayət qədər yatın.
Yuxu nizamı bədən səhhəti üçün ən mühüm detallardan biridir. Yuxu əsnasında, xüsusilə uşaqlarda, hüceyrələr yenilənir və melatonin hormonu ifraz olunur.
Gündəlik orta hesabla 7 saat yatmaq orqanizmin müdafiə sistemini gücləndirir.
4. Maye qəbul etməyi azaltmayın.
Bol miqdarda su için. Cökə, itburnu, moruq və böyürtkən kimi bitkilərin də çaylarını içə bilərsiniz. Əlbəttə, hər şeyin çoxunun zərərli olduğuna görə, həddən artıq maye istehlakından çəkinin.
5. Yaxşı qidalanın.
C vitamini orqanizmin müdafiə sistemini gücləndirdiyinə görə, xüsusilə narıncı rəngdə olan meyvələrin istehlak edilməsinə diqqət yetirin. Tünd yaşıl yarpaqlı təzə tərəvəzləri tez-tez yeməyiniz də, bədənin müqavimətini artırmaqda mühüm rol oynayır.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.