Cəmiyyət

Dostu necə seçməli?

5 Yanvar 2017 23:20
1 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq. (Erfan)

1. Allahı sevmək. Bütün İlahi peyğəmbərlərin (ə) və vəsilərin Allah bəndələrindən istəkləri əməl - Allaha pərəstiş edib, Ona iman gətirməkləridir. İmam Həsən (ə) də öz davamçılarından istəyir ki, Allaha ibadət edib, Onu sevsinlər. Belə ki, İmam Həsən (ə) buyurur: "Hər kim Allahın razılığını insanların qəzəbinə baxmayaraq istəyər, Allah onu insanlardan ehtiyacsız edər. Hər kim Allahı qəzəbləndirərək insanların razılığı ardınca olar, Allah onu insanlara tapşırar". (Yəni, özbaşına buraxar).
2. Elm öyrənmək. Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən (ə) buyurur: "Öz elmini insanlara öyrət və başqalarının elmini öyrən".
Həzrət (ə) başqa yerdə buyurur: "Həqiqətən, ayıq göz odur ki, xeyirə nüfuz edər, ən eşidən qulaq odur ki, təzəkkürləri eşidər və onlardan bəhrələnər. Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar".
3. Düşünmək. İmam Həsən (ə) buyurur: "Sizə davamlı düşünməyi tövsiyə edirəm. Çünki təfəkkür etmək bütün yaxşılıqların atası və anasıdır".
İmam (ə) başqa yerdə buyurur: "Sizə lazımdır ki, düşünəsiniz. Çünki fikir hikmət qapılarının açarıdır".
4. Səy göstərmək. İmam Həsən (ə) buyurur: "Ey Allah bəndələri! İstəklərinizə çatmaq üçün səy göstərin və nalayiq işlərdən qaçın. Xoşagəlməz hadisələr sizə üz tutmazdan və ləzzətləri məhv edən (ölüm) gəlib çatmazdan əvvəl. (Yaxşı) işlər görün, həqiqətən dünya nemətləri davamlı deyildir və (kimsə) onun təhlükə və pisliklərindən amanda deyildir".
5. Səbir. Həzrət (ə) buyurur: "Bizim və başqalarının təcrübəsi göstərir ki, səbirdən faydalı və səbirsizlikdən ziyanlı şey görünməmişdir. Elə bir səbir ki, onun vasitəsilə bütün işlərin (dərdləri) dərman olar".
6. Dost tapan zaman diqqətli olmaq. İmam Həsən (ə) övladlarından birinə buyurur: "Oğlum! Heç kəslə qardaşlıq etmə, məgər (əvvəl) biləsən ki, hara gedib-gəlir. Hansı ailədəndir. Nə zaman bu məsələləri bilsən, onun rəftar və dostluğunu (bu meyarlara əsasən) bəyənsən, onunla qardaşlıq et".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.