Cəmiyyət

“Səqəleyn” nə deməkdir?

5 Yanvar 2017 23:15
3 Şərh     Baxış: 3 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səqəleyn" sözünün ərəb dilindən tərcüməsi "iki qiymətli əşya" deməkdir. Qurani-kərimdə insanlar və cinlər mənasında işlədilib (eyni mənanı ifadə edən "səqəlan" formasında; Rəhman, 31). Çünki bunlar Allahın yaratdığı canlılar arasında yeganə iki məxluqat növüdür ki, iradə azadlığına malikdirlər və öz əməllərinə görə Allahın qarşisında cavabdehlik daşıyırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Muhəmməd Peyğəmbəri (s) də bəzən seyyidüs-səqəleyn, yəni insanlarla cinlərin ağası adlandırırlar. "Səqəleyn" ifadəsinin ikinci mənası İslam Peyğəmbərinin bir hədisindən qaynaqlanır. Elə həmin hədisi də "səqəleyn hədisi" adlandırırlar.

Həm şiə, həm də sünni mənbələrində onlarla səhabədən yüzlərlə sənəd zənciri ilə rəvayət olunmuş bu hədisdə Peyğəmbərimiz buyurmuşdur: "Sizin aranızda iki qiymətli əşya (əmanət) qoyuram: Allahın kitabı və Əhli-beytim. Bunlara bağlansanız, zəlalətə düşməzsiniz. Bunlar (Qiyamət günündə)Cənnət hövzunun kənarında mənim hüzuruma çatana kimi bir-birindən ayrılmazlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.