Cəmiyyət

“Facebook”da tanış olduğu qıza görə damarlarını doğradı

1 Yanvar 2017 22:57
7 Şərh     Baxış: 2 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonunda 23 yaşlı oğlan intihara cəhd edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ümid Kərimov intihar etmək məqsədilə şüşə parçası ilə damarlarını doğrayıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
Məlumata görə, Ümid Kərimov hadisədən əvvəl "Facebook"da tanış olduğu qızla telefonda mübahisə edib. O, tanış olduğu qızı görüşə çağırıb, amma qız görüş yerinə gəlməyib.

Buna əsəsbləşən Ümid Kərimov intihar etmək üçün damarlarını doğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.