Cəmiyyət

Riyakarın rüsvayçılığı

1 Yanvar 2017 22:45
1 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb alimlərindən olan Əsməə nəql edir ki, Bilal ibni Əbi Bərdə Kufədə Ömər ibni Əbdüləzizin yanına gəlir. Əbi Bərdə xəlifənin məclisində iştirak edəndən sonra məscidə gəlir və məscidin sütunlarının birinin kənarında ibadətlə məşğul olur. Bir müddət müti halda ibadət edir. O, bu ibadəti ilə xəlifənin diqqətini cəlb edir və Ömər ibni Əbdüləziz xidmətçilərindən birinə deyir: "Əgər bu kişinin daxili xarici kimi sədaqətli və nurani olarsa, etimad olunası və İraq hökumətinə layiqli bir şəxsdir". (Erfan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xidmətçisi deyir: "Onu imtahana çəkmək çətin bir iş deyildir. Mən onun vəziyyətindən sizə xəbər gətirərəm. Məğrib zamanı Əbi Bərdənin yanına gəlir, o namazla məşğul idi. Ona deyir ki, namazını qısa et ki, səninlə işim vardır. Əbi Bərdə də namazını ixtisarla qılır və namazı bitəndən sonra xidmətçi deyir: "Sən məni yaxşı tanıyırsan ki, Ömər ibni Əbdüləzizə nə qədər yaxınam və xəlifənin mənə nə qədər məhəbbəti vardır. Əgər işarə etsəm, səni İraq hökumətinə qəbul edər. Mənə nə xidmət edəcəksən?".
Əbi Bərdə deyir: "Öz hökumətimin birillik gəlirini sənə verərəm".
Xidmətçi deyir: "Bu sözünün möhkəmliyi üçün mənə bir yazı ver ki, əgər İraq hökumətinə çatsan, inkar etməyəsən". O, bu yazını tez yazıb xidmətçiyə verir.
Xidmətçi də həmin yazını götürüb, Ömər ibni Əbdüləzizin yanına gəlir. Ömər ibni Əbdüləziz bu məsələdən agah olandan sonra İraq valisinə belə bir məktub yazır: "Ey vali! Bilal ibni Əbi Bərdə bizi ibadət yolu ilə aldatmaq istəyirdi və az qalmışdı ki, biz də aldanaq. Onu imtahana çəkdik və aydın oldu ki, yerinə yetirdiyi ibadət hiylədən başqası deyilmiş. Bütün batini xalis pislikdir".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, insanların gözü qarşısında namazını yaxşı yerinə yetirər, ancaq xəlvət zamanı pis yerinə yetirər - bu, onun Allaha rəva bildiyi xəyanətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.