Cəmiyyət

Akif Əlizadəyə nə olub? - Özü danışdı - FOTO

25 Dekabr 2016 10:47
0 Şərh     Baxış: 9 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə gözündəki problemi əks etirən fotoların sosial şəbəkələrdə yayılmasını və müzakirə mövzusuna çevrilməsini şərh edib.

Milli.Az xəbər verir ki, akademik A.Əlizadə ölkə.az-a açıqlamasında gözündən əməliyyat olunduğunu bildirib:

"Gözümlə bağlı yayılan məlumatlardan xəbərim var. Axı burada qeyri-adi nə var? Bu, hər bir adamın başına gələ bilər. Allahdan arzu edirəm ki, bu cür hadisə heç kəsin başına gəlməsin".

A.Əlizadə, həmçinin qeyd edib ki, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində AMEA-nın fəaliyyəti üçün ayrılan vəsaitlərin həcmində azalma nəzərdə tutulmayıb:

"AMEA-nın 2017-ci ildə fəaliyyəti üçün ayrılacaq vəsaitlərin həcmində azalma nəzərdə tutulmur. Bununla bağlı səslənən bəzi fikirlər doğru deyil. AMEA-nın büdcəsində heç bir azalma olmayıb, əksinə 2016-cı ildəki qədər saxlanılıb. Akademiya 2016-cı ildə necə inkişaf edibsə, 2017-ci ildə də eyni templə inkişaf edəcək. Hətta 2017-ci ildə AMEA-nın özü belə gəlir gətirmək imkanı yaradıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.