Cəmiyyət

Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni TƏKLİF

15 Dekabr 2016 22:21
0 Şərh     Baxış: 2 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif (qiymət) Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır.

Milli.Az Trend-ə istinadən bildirir ki, millət vəkili bildirib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.

Deputat bildirib:

"Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni, 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.