Cəmiyyət

Naviqator başqa, yol nişanı ayrı rəqəm göstərir - Sürücülər hansına inansın? - VİDEO

10 Dekabr 2016 21:27
1 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürət həddini göstərən naviqator başqa rəqəm göstərir, yol kənarında olan nişan isə başqa...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ələt - Astara magistralının 117-ci km-nin Cəlilabaddan keçən hissəsində yol kənarında maksumum sürət həddinin 90 olduğu göstərilsə də, buradan keçən  sürücülərin bəziləri bundan aşağı sürət həddində radara düşdüklərini deyirlər.

Maraqlıdır ki, sözügedən ərazidə GPS naviqasiya avadanlıqları da sürücülərin dediklərini təsdiq edir. Maksimum sürət həddinin  90 bildirildiyi magistral ərazisində, naviqasiya cihazları sürətin maksimum 70 olduğunu göstərir. Beləliklə, yol nişanına baxıb sürət həddini seçən sürücülərin qarşısına  "AyPatrul" polis maşını çıxdıqda avtomobillər avtomatik olaraq radara düşür.

Ərazidə xidmət aparan yol- patrul xidmətinin əməkdaşları isə deyilənlərlə razılaşmır. Onlar burada maksimum sürətin 90 olduğunu dedilər.

Ekspert Ərşad Hüseynov da bildirir ki, Azərbaycanda dövlət yol polisində və digər rəsmi qurumlarda naviqasiya xidməti yoxdur. Burada sürücü yol nişanına inanmalıdır.

Avtomıobillərin  radara düşməsinə gəlincə isə, ekspert deyir ki, sürücülərin harada sürət həddini aşması dəqiq bilinməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.