Cəmiyyət

Bakıda yolun ortasını dayanacağa çevirib pul yığırlar

10 Dekabr 2016 21:24
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolun ortasında dayanacaq fəaliyyət göstərir. Burda avtomobil saxlayan sürücülərdən pul alınır. Halbuki ərazidə nə parkomat qoyulub, nə də ki, dayanacağın olduğunu göstərən bir nişan var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Nərimanov rayonu, Keşlə bazarının qarşısındakı dairədən gedir.

Burada avtomobili saxlayan sürücülərdən parklanma adı ilə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin nəzarətçiləri qanunsuz pul alırlar.

Sürücülərin sözlərinə görə, bəzi hallarda pul verməmək üstündə mübahisələr də yaşanır. Hətta pul verib dairədə avtomobili park etdikdən sonra yol polisi həmin ərazidən avtomobili evakuator vasitəsilə cərimə meydançasına da aparır.

Nəzarətçilər isə bu ərazidə parklanmaya görə pul almalarını təkzib edirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xezerxeber.az-a bildirdi ki, bununla bağlı sürücülər yol polisinə müraciət etdikdən sonra əraziyə baxış keçiriləcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.