Cəmiyyət

Bakıda yerləşən bu bina həyat üçün təhlükədir - hər an uça bilər - VİDEO

10 Dekabr 2016 21:22
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binanın yan hissəsində böyük çat əmələ gəlib. İstifadə olunmayan bina hər an uça bilər. Qarşısında isə dayancaq fəaliyyət göstərir. Üstəgəl piyadalar da bu binanın yaxınlığından və eyvanların altından keçir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Xətai rayonu, Ayaz İsmayılov küçəsində yerləşən və insanların həyatı üçün təhlükə törədə biləcək binadan gedir.

Maraqlısı budur ki, bina belə vəziyyətdə olmasına baxmayaraq qarşısında parkomat qoyulub və bura dayanacaq kimi istifadə olunur.

Binanın eyvanında  olan beton piltələr də uçmaq üzrədir. Buna baxmayaraq bəzi piyadalar buradan keçirlər.

Məsələ ilə bağlı Xətai rayon İcra hakimiyyətindən bildirdilər ki, sözügedən əraziyə baxış keçiriləcək, araşdırılmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.