Cəmiyyət

Qadını öldürən tutuldu, hadisənin təfərrüatları məlum oldu

10 Dekabr 2016 21:21
7 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncəyə gəlib tanışı olan qadını öldürən Goranboy sakini cəmi bir gün sonra hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  prokurorluq əməkdaşları müəyyən edib ki, 27 yaşlı Gəncə sakini Səadət Verdiyevanı öldürən onu bir neçə ildir ki, tanıyan 30 yaşlı  Famil Məmmədovdur.

Saxlanılan Famil Məmmədov dindirilmə zamanı cinayəti necə törətdiyini bildirib.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayətin törədiliyi Adilxan Ziyadxanov küçəsi ev 38, mənzil 70 ünvanında zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Əvvəllər də məhkumluğu olan təqsirləndirilən şəxs və onun əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.