Cəmiyyət

Aktauda ümummilli liderin xatirəsi anılıb - FOTO

10 Dekabr 2016 14:21
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 dekabrda Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) üzvləri, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Ulu öndərə həsr olunmuş foto və kitab sərgisi təşkil olunub.

Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra baş konsul Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb.

Azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvlərindən professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov çıxışlarında ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Çıxışlardan sonra Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən "Bazar günü" məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda Heydər Əilevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.