Cəmiyyət

Şəhid əsgərin medalı ailəsinə təqdim olundu - FOTO

24 Yanvar 2015 22:15
0 Şərh     Baxış: 1 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli Ordunun şəhid əsgəri Rüstəm Əzizovun Azərbaycan prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı bu gün ailə üzvlərinə təqdim edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu münasibətlə şəhidin doğulduğu Astara rayonunun Pəlikeş kəndində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Rüstəm Əzizovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər. Daha sonra şəhidin layiq görüldüyü medal onun valideynlərinə təqdim olunub.

Qeyd edək ki, 2014-cü il noyabrın 20-də saat 12.45 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsindəki N saylı hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rüstəm İzzət oğlu Əzizov döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.
 

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.