Cəmiyyət

Lombarda qızıl qoyanda diqqətli olun - VİDEO

5 Dekabr 2016 22:31
Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müştəri qızılı lombarda, lombard da banka verdi. Bank da bağlandığından ödənişi bitsə də qızıllarını ala bilmir. Lombard ilə bank arasında məhkəmə çəkişməsinin əziyyətini isə müştəri çəkir. Ancaq cəmi 900 manat borc üçün 1 boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırqasını lombarda qoyan şəxs nəticədən borcunu bitirəndəndən sonra xəbər tutub.

900 manat pul götürmək üçün 1 boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırqasını lombarda qoyan şəxs, ödənişini bitirsə də qızıllarını ala bilmir.

Lombardla pul verən Xəyal Abdullayev isə borcun tam ödənildiyini, amma müştərinin razılığı ilə əmlakının banka girov qoyulduğunu deyir. Həmin bank da bağlandığından ortaya belə problemlər çıxıb.

Məsələ ilə bağlı Əmanətlərin sığortalanması fondunun icraçı direktoru Azad Cavadov bildirdi ki, dəqiq araşdırmanın aparılması üçün şikayətçi tərəf fonda ərazi ilə müraciət etməlidir. Bundan sonra problemin əsas səbəbi araşdırılaraq rəsmi məlumat veriləcək.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lombarda qızıl qoyanda diqqətli olun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.