Cəmiyyət

Bütün banklar bu formadan istifadə edəcək - VİDEO

5 Dekabr 2016 21:53
1 Şərh     Baxış: 2 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan banklarında standart müqavilələrin tətbiqi təklif olunur. Söhbət kommersiya banklarının müştəri ilə bağladıqları kredit, əmanət və digər müqavilələrindən gedir. Bu dəyişikliklə müştərinin hər dəfə müqavilə şərtləri ilə tanış olmasına da ehtiyac olmayacaq.

Müştərinin hansı bankla əməkdaşlıq etməsindən asılı olmayaraq hüquq və vəzifələri eyni olacaq. Banklar öz daxili qaydalarına əsasən müqavilə tərtib edə bilməyəcək. Təklif qəbul olunsa bütün banklarda müştəri ilə kredit, əmanət və digər müqavilər vahid forma üzrə tərtib olunacaq. Azərbaycan banklar assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev Standart müqavilənin müştərinin hüquqlarının qorunması baxımından vacib olduğunu bildirir.

Başqa sözlə müştəri hansı bankda olmasından asılı olmayaraq kredit götürmək üçün eyni prosedurlardan keçəcək, eyni qaydalara tabe olacaq və problemli münasibətlər ancaq bu standart müqavilərlə tənzimlənəcək. Müştərinin hər dəfə müqavilə şərtləri ilə tanış olmasına da ehtiyac olmayacaq.

Yeni dəyişiklik banklar asosasıyasının rəyasət heyyəti tərəfindən qəbul etdikdən sonra qüvvəyə minəcək.

Milli.Az xezerxeber.az-a istinadən  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bütün banklar bu formadan istifadə edəcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.