Cəmiyyət

Vaxt o qədər azdır ki, qaçmasan yolu keçmək olmur - VİDEO

5 Dekabr 2016 21:32
1 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşıqforda piyadalara verilən vaxt o qədər azdır ki, qaçmasan yolu keçmək olmur. Söhbət Xətai metro stansiyasının qarşısındakı Xocalı prospektindən gedir. Müddət çatmadığından piyadalar prospekti keçmək üçün yolun iki istiqaməti arasındakı parkda da gözləməli olurlar. Yəni təxminən 40 metr məsafədə iki piyada işıqforu insanları xeyli ləngidir.

Piyadalar yolu keçərkən təxminən 40 metrlik məsafədə iki işıqforda gözləməli olur. Nəticədə avtobusların da sıx olduğu yerdə tıxac yaranır. İnsanlar ləngiyir...

Görüntülər Bakıda Xətai metro stansiyasının qarşısındandır. Piyadaların, ortasında park olan yolu keçməsi üçün quraşdırılmış işıqforun müddəti azdır. Nəticədə yolun bir istiqamətini keçən piyadalar digər istiqamətini keçmək üçün yenə gözləməli olurlar. Gözləməmək üçün piyadalar yolu qaçaraq keçməlidir.

Çəkiliş etdiyimiz vaxt ərzində ikinci işıqforu gözləməyə səbri çatmayıb yolu qaçaraq keçməyə çalışanlar az deyildi. Belə piyadalar polis əməkdaşları tərəfindən cərimə olunur. Piyadalar bu yolun günün pik vaxtlarında daha da təhlükəli olduğunu və ərazidə polis olmasa özünü təhlükəyə atanların sayının çox olduğunu söyləyirlər.

Yolu keçərkən qaçanların əksəriyyəti isə dərsə tələsən tələbələrdir.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Mais Əlizadə işıqforun vaxtının az olmasını araşdılacağını bildirdi. Onun sözlərinə görə, əgər həqiqətən orda sərnişinlər üçün problem yaranırsa işıqforun müddəti artırılacaq.

Milli.Az xezerxeber.az-a istinadən  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Vaxt o qədər azdır ki, qaçmasan yolu keçmək olmur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.