Cəmiyyət

Bakıda ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının açılış mərasimi baş tutdu - FOTO

5 Dekabr 2016 16:37
Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, Nargis Fund-un rəhbərliyi və Amapola Exclusive Events-in təşkilati dəstəyilə Fəvvarələr meydanında keçirilən "Soyuq Əllər, İsti Ürək: Qış nağılı" Yeni il xeyriyyə yarmarkasının açılışına minlərlə Bakı sakini yığışmışdı.

Yaxınlarınıza və doğmalarınıza Yeni il hədiyyəsi alaraq çoxlu sayda imkansız uşaqlara yardım edəcəyiniz yarmarka 3 dekabr 2016 - 15 yanvar 2017 tarixlərində fəaliyyət göstərəcək.

Açılış bayramı gecəsində Aynur Hacıyeva qeyd etdi ki, artıq 4-cü il keçirilən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası xeyirxah ənənəyə çevrilib və yarmarkadan yığılan vəsait xeyriyyə məqsədilə sərf olunacaq.

Ülviyyə Mahmudovanın rəhbərlik etdiyi Nargis Fund sponsorlarla birgə ehtiyacı olan uşaqlara yardım göstərəcək (müalicə, əməliyyat və s.).

Nargis Fund yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, Amapola Exclusive Events, Caspian Drilling Company, Qala Həyat, SEBA (Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), Azərİşıq, Elevatione, Norm, Fresh Catering ilə birgə ehtiyacı olan uşaqlara kömək edəcək (müalicə, əməliyyat və s.). 

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhurlarla görüş, sevimli ifaçıların çıxışları, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Açılış mərasimində şou-ulduzların və rəqs kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olundu. Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva, əməkdar artist Abbas Bağırov, gənc nağaraçılar kollektivi, "Qış" uşaq musiqi festivalının iştirakçıları, "Şərq çırağı" və "Təbəssüm" ansamblı və başqaları konsert proqramında iştirak etdilər.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunub. Buradan yaxınlarınız və əzizləriniz üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyatlar və s. əldə edərək ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmiş olacaqsınız. Kiçik rahat kafelərdə isə bir fincan ətirli qəhvə, isti şokolad və ya çay içərək, təzə şirniyyatlardan və milli yeməklərdən dada bilərsiniz.

Gündəlik əyləncə proqramı, maraqlı insanlarla görüş, çoxsaylı surprizlər, böyüklər və uşaqlar üçün müxtəlif əyləncələr əsl Yeni il bayramı ab-havası yaradacaq və burada özünüzü nağıl qəhrəmanı kimi hiss edəcəksiniz. 
"Soyuq Əllər, İsti Ürək" Yeni il xeyriyyə yarmarkası haqqında ətraflı məlumatı tədbirin rəsmi səhifəsindən əldə edə bilərsiniz:

Instagram: Soyuqelleristiurek
 
Facebook səhifəsi: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info
 
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.