Cəmiyyət

Astara və Daşkəsəndə küləyin enerji təchizatında yaratdığı problem aradan qaldırılıb

5 Dekabr 2016 15:00
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara və Daşkəsən rayonlarında qeyri sabit hava şəraiti nəticəsində küləyin elektrik enerji təsərrüfatında yaratdığı problem dərhal aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın heç bir rayonunda elektrik enerjisinin verilməsində problem yoxdur:

"Astara və Daşkəsən rayonlarında bəzi yerlərdə külək elektrik enerjisinin verilməsində problem yaratmışdı. Amma ciddi problem olmamışdı. Küləyin təsiri nəticəsində fəsadlar yaranan ərazilərdə problem operativ aradan qaldırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.