Cəmiyyət

Dünyaca məşhur azərbaycanlı filosof VƏFAT ETDİ - YENİLƏNİB - VİDEO - FOTO

5 Dekabr 2016 11:52
45 Şərh     Baxış: 11 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:52

Məşhur teoloq və filosof Heydər Camal Qazaxıstanın Almatı şəhərində, "Kensay-2" qəbiristanlığında dəfn olunacaq.

Milli.Az bildirir ki, 69 yaşlı Heydər Camal bu gün səhər saat 4-də Almatıda dünyasını dəyişib. O, illərdən bəri xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

3 həftə əvvəl Heydər Camalın səhhəti kəskin pisləşmişdi və o, müalicə üçün Almatıya yollanmışdı. Fəqət, intensiv müalicə sonuc verməyib: Heydər Camal Almatıdakı özəl klinikalardan birində keçinib.

Heydər Camalın dəfn mərasimi sabah, yerli vaxtla saat 11 radələrində başlanacaq.

----------

09:56

Dünyanın ən məşhur filosoflarından biri, Rusiya İslam Komitəsinin sədri, məşhur illahiyyatçı Heydər Camal dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə H.Camalın Twitter-dəki mikroblorqunda xəbər verilir.

"Bu gün Uca Allahın şəfqəti ilə Heydər Camal fani dünyadakı yolunu başa vurdu. Qoy Allah ona rəhm etsin, əməllərini bağışlasın və cənnətə salsın. Hamımız haqqın rəhmətinə qovuşacağıq", - açıqlamada deyilir.

Azərbaycanlı alim Heydər Camal 1947-ci ilin noyabrın 6-da Moskvada anadan olub. O, ictimai-siyasi fəaliyyətini hələ sovet dönəmində filosof və politoloq Aleksandr Duqinlə əməkdaşlıqla başlamışdı.

H.Camal bir sıra siyasi, ictimai, dini təşkilatların banisi, rəhbəri və üzvü olub.

O, 1990-cu illərdə "Rusiya İslam Komitəsi" yaratmışdı.

H.Camal habelə 1990-1994-cü illərdə İslam İntibah Partiyasına rəhbərlik etmişdi.

H.Camal İslam və cəmiyyətlə bağlı çoxsaylı kitabların müəllifidir.

 

----------

08:44

Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal 70 yaşında vəfat edib. Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu haqda onun Facebook səhifəsində bildirilir.

Ölüm səbəbi açıqlanmır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.