Bağırsaqlarda həzm prosesinin normal gedişi bir-biri ilə əlaqədar olan 3 prosesdən ibarətdir:
- həzm şirəsinin sekresiyası
- qida maddələrinin hidrolizi
- sorulma.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bunlardan başqa bağırsaqların hərəki, inkretor və ekskretor funksiyaları vardır. Mədədən onikibarmaq bağırsağa gün ərzində 4-6 litrə qədər qida qarışığı (qida maddələri, su, həzm şirələri) keçir. Həmin müddət ərzində buraya 1,5 l-ə qədər öd, 2 l-ə qədər mədəaltı vəz şirəsi və 2 l-ə qədər bağırsaq şirəsi tökülür. Bu maddələrin qarışığına isə ximus deyilir.
Mədədən onikibarmaq bağırsağa keçən qida kütlələrinin həzmi mədəaltı vəz şirəsinin, ödün və bağırsaq şirəsinin iştirakı ilə davam edir. Bağırsaq şirəsinin tərkibində olan maddələr və fermentlər həzmin gedişini sürətləndirir. Nazik bağırsaqda isə həzm prosesi zəifləyir. Nazik bağırsaqların aşağı hissəsində qəbul edilən qida maddələri qana və limfa damarlarına keçir.
Bəzi patoloji proseslər isə bağırsaqların funksiyasının pozmaqla həzmin getməsinə mane olur. Bağırsaqların sekretor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir:
- iltihabi proseslər
- duodenit
- enterit
- kolit
* onikibarmaq bağırsağın xora xəstəliyi.
İltihabi xəstəliklər mədə şirəsinin tərkibində seliyin miqdarının artmasına səbəb olur.
Nazik bağırsaqlarda həzm prosesinin gedişi mədəaltı vəz şirəsinin və ödün sekresiyasından asılıdır. Nazik bağırsaqlarda həzm aşağıdakı hallarda pozula bilir:
* mədəaltı vəzin çıxacaqlarının tutulması zamanı
* kəskin və xroniki pankreatitlər
* onikibarmaq bağırsağın iltihabı
* azan sinirin zədələnməsi
* mədəaltı vəzin şirələri
* allergik zədələnmələr.
Bağırsaq funksiyalarının pozulmalarına öd sekresiyasının axmaması və ya azalması, mədəaltı vəzin şirəsinin azalması və ya axmaması, mədəaltı vəzin travmaları da səbəb olan amillərdən sayılır.
Milli.Az
Cəmiyyət
Bağırsaqların funksiyasının pozulması
3 Dekabr 2016 20:40
1 Şərh
Baxış: 11 426
DİGƏR XƏBƏRLƏR
- Hazırda Bakı-Sumqayıt yolu - VİDEO
- Xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
- 42 yaşlı prokuror qəfil vəfat etdi - FOTO
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
XƏBƏR LENTİ
- İranlı və ermənistanlı idmançıların yarışında kütləvi dava - ANBAAN GÖRÜNTÜLƏR
- “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi
- Neftimiz BAHALAŞDI
- Xankəndidə daha 7 avtomat və 6 qumbara tapıldı
- Hazırda Bakı-Sumqayıt yolu - VİDEO
- Samirə bu məşhurla əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Bu ərazilərə leysan yağdı - Faktiki Hava
- “Qaralar”la son sınaq
- Nə oldu, Makron?
- Xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
- Neft Fondunun I rübdə gəlirləri açıqlandı
- "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçirildi - FOTO
- 49 yaşlı Əməkdar artistin ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO
- Türkiyədə avtobus aşdı, 19 nəfər yaralanıb
- Bakıda kişi tanışını öldürdü
- Bakıda dava edən iki sürücü saxlanıldı
- Qastrit bu səbəbdən baş verir
- Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”
- Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü
- İlhamə Quliyeva ilə küsülülüyünün səbəbini AÇIQLADI - VİDEO
- Qazaxıstan vətəndaşları Türkiyədə 250 daşınmaz əmlak alıb
- Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİYALI FAKTLAR - FOTO
- Bakıdakı Dünya kubokunun ikinci gününə start verildi
- Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...