Cəmiyyət

Müasir ailə modeli: Lider kimdir: kişi, yoxsa qadın?

2 Dekabr 2016 08:09
16 Şərh     Baxış: 981

Hacı Surxay: Qadının nə qədər hökmü olsa da, kişinin hüququndan üstün ola bilməz

Psixoloq: Kişi hər zaman öz eqosunu sübut etməyə çalışarsa, hər zaman qadına güc tətbiq edərsə...

Müasir zamanda qadınlarda liderlik hissləri artır. Qadınlar özünü kişidən bir pillə belə aşağı hiss etmək istəmir, sosial həyatda fəallığa can atır, karyera qurmaq istəyir və s. Ekspertlərin fikrincə, qadınların sosial fəallığı cəmiyyətdə sosial münasibətlərin inkişafına müsbət təsir edir, qadınların işgüzar sahədə çoxalması kadr təminatını ikiqat qaldırsa da, bu xüsusiyyətlər qadınların ailə həyatına da sirayət edir.

Artıq müasir ailələrdə özlərini kişilərlə bərabər, hətta bir pillə üstün görmək istəyən qadınlar formalaşır. Müasir ailə modelində əsas kimdir: kişi, yoxsa qadın?

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə Məscidinin axundu və icmanın sədri Hacı Surxay Məmmədlinin "Ekspress"ə bildirdiyinə görə, ailə dini baxımdan kiçik bir dövlətdir: "Dahilər deyirlər ki, ailə bir yumruğa bənzəyir. Yumruqları da, təbii ki, barmaqlar təşkil edir. Əgər barmaqlardan biri açıq olarsa, mütləq onu kəsib atmaq lazımdır. Təbii ki, bu, dahilərin təfəkkürüdür".

Dediyinə görə, ümumiyyətlə, İslam peyğəmbərinin ər-arvad münasibətləri ilə bağlı çoxlu fikirləri qeyd olunur. Kişi evin rəhbəri hesab olunur. Hətta peyğəmbərdən hədis var ki, öz ailəsinin rifahı naminə çalışan şəxs Allah taalanın yanında düşmənlərlə cihad edən kimidir. "Yəni bir şəxs ailəsi üçün çörək qazanırsa, çaba göstərir, zəhmət çəkirsə, o, Allah yolunda düşmənlə vuruşan, cihad edən kimidir. Dini bilgilərə görə qadın kişinin əmlakının qoruyucusudur. Eyni zamanda da, o, əmanətçidir. Bu baxımdan qadın məsuliyyət daşıyır. Kişi ailənin rəhbəridir. Ailədə mehribanlığı, səmimiyyəti, təbii ki, kişi yaradır. Bunun da bariz nümunəsi İmam Əli (ə.s) və Fatimeyi-Zəhra xanım nümunəsidir.

Peyğəmbər İslamın hədislərində də qeyd olunur ki, hər bir şəxsin öz həyat yoldaşına qarşı məhəbbəti artıq olarsa, Allah taala onun imanını daha da gücləndirir".

Hacı Surxay Məmmədli deyib ki, ailədə kişi əsas rol oynayır: "Bu gün evdə söz kişinindir. Kişi qərar qəbul edir. Xanıma gəldikdə, bayaq qeyd etdiyim kimi, kişinin əmanətinin qoruyucusudur, əmanətdardır. Qadının qadın hüququ var, kişinin kişi. Kişi əsldir. Kişi olmasa, qadın və uşaqların əmələ gəlməsi mümkün deyil. Evdə rəhbər kişidir. Qadın da ikinci əsas rol oynayandır".

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində elə ailələr olur ki, qadın ərdən üstündür: "Yəni ər evdə oturur, qazancı yoxdur. Qadın gedir pul qazanır. Qadının nə qədər hökmü olsa da, kişinin hüququndan üstün ola bilməz. Qadın ola bilər ərindən güclüdür, ərindən fəaldır. Amma bu, onun göstəricisi deyil ki, qadın hökm edə bilər. Bütün əmlak, qadın nəyə sahib olsa da, kişi öndədir".

Müsahibimiz bildirir ki, İslama görə, qadın ərinin icazəsi olmadan bir yerə girə bilməz. İmam Sadiq (ə.s) buyurur ki, əgər qadın ərinin icazəsi olmadan bir yerə gedərsə, bu, Allahın qəzəbinə gətirib çıxarar. "Yəni ərə itaət etmək önəmlidir. Qadın harda olursa-olsun, çörək qazanırsa, ticarətlə məşğuldursa, mütləq ər birinci faktordur".

Psixoloq Könül Mikayılzadənin dediyinə görə, ailədə həm kişi, həm də qadın əsasdır: "Onların bir-birindən üstünlüyü yoxdur. Mənə elə gəlir ki, balansı hər zaman saxlamaq lazımdır. Bu həm kişinin, həm də qadının əlindədir. Belə bir söz var, əgər kişi qadının nə istədiyini bilərsə, anlayarsa, dünyanın ən xoşbəxt kişisi ola bilər. Yəni qadının nə istədiyini bilərsə, qadın onu xoşbəxt edər. Əfsuslar olsun ki, bu gün yaşadığımız dövrdə hər kəs belə düşünmür. Şərq təfəkküründən gələn fikirdir ki, kişi qadından əsasdır. Qadınları alçaldırlar".

K.Mikayılzadə bildirib ki, qadın da, kişi də hüquqi baxımdan bərabərdir: "Ailədə kompromisə getməyi bacarmaq lazımdır. Kişi hər zaman öz eqosunu sübut etməyə çalışarsa, hər zaman qadına güc tətbiq edərsə, sadəcə qadın həmin kişidən qorxduğu, şiddət altında qaldığı üçün ona tabe olacaq.

Amma ərlə arvad arasında hörmət olmalıdır. Hər iki tərəf bir-birini anlamağa çalışmalı, ortaq məxrəcə gəlməlidirlər. Güzəşt olan ailə daimidir".

Onun bildirdiyinə görə, qadın və kişi bir quşun iki qanadı kimidir. "Biri olmasa, digəri uça bilməz. Hər iki qanadı sağlamdırsa, zirvələrə də qalxa bilər. Çünki qadın sinəsinə də vursa ki, mən ailəmi təkbaşına bu zirvələrə qaldırmışam. Burda yarım qalan bir şey olacaq. Uşaqlar atasız qalır".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

16 Şərh:

  • Anonim
    xxx · 2 Dekabr 09:0830

    Hacı Surxay nə savadsız danışıb. Deyir ki, kişi olmazsa qadın və uşaqların əmələ gəlməsi mümkün deyil. Qadın olmasa guya mümkündürdə

    Cavab yaz
  • Anonim
    xxx · 2 Dekabr 09:1242

    Ailədə olsun, dostlar arasında olsun, müəyyən kollektivlərdə olsun kiminsə üstünlüyü biixtiyari yaranır, yəni heç kim heç kimə demir ki, sən lider ol, sənin sözün keçsin. Xasiyyətə uyğun olaraq yaranır liderlik. Ona görə ailədə lider kim olmalıdır demək mənasızdı.

    Cavab yaz
  • Anonim
    1. · 2 Dekabr 09:1940

    İndiki kişilərin çoxu ailədə liderliyi zorakılıqla qazanırlar. Qışqırmaqla, vurub-dağıtmaqla, döyməklə. Onda ola bilsin arvad-uşaq kişidən qorxacaq, amma hörmət etməyəcək, hətta nifrət edəcəklər. Amma kişi elə davranmalıdır ki, arvad-uşaq ondan qorxduğu üçün yox, hörmət elədiyi üçün hər sözünə qulaq assın.

    Cavab yaz
    • Anonim
      Heybet 09-19 · 2 Dekabr 11:1513

      Indikilerin coxusu hormet ganmir yumrug ganir

      Cavab yaz
      • Anonim
        Heybətə · 2 Dekabr 12:4821

        Kişilerde yumruqdan qanırlar, bes kişiye yumruğu kim vursun?

        Cavab yaz
  • Anonim
    Heybet · 2 Dekabr 09:4215

    Arvad gedib atasinin evinde hokmranlig elesin. Eyer gadin evinde er coreyi yeyirse goyde Allaha yerde erine sitayiw elesin

    Cavab yaz
    • Anonim
      Heybətquluya · 2 Dekabr 12:3521

      Siz kişler deyirsiniz qadın evdə oturub ev işləeri görməlidir, uşaqlar baxmalıdır, kişi ise pul qazanmalıdır. Sonrada deyirsiz ki, qadın ər çörəyi yediyinə görə ona sitayiş eləməlidir. İcazə verin qadın işləsin er çörəyi yeməsində, qadın bəyəm işləmək istəmir.

      Cavab yaz
  • Anonim
    Heybet · 2 Dekabr 09:4514

    Omur boyu kiwiler gadinlardan ustun olub. Bunu gadinlar gebul etmek isteselerde istemeselerde bu fakti. Gadinlarda hec vaxt hokmranlig ede bilecek geder guc ve bacarig olmur. Eyer ele bir xusisiyetleri olsaydi 124 min peygemberden biri gadin olardi

    Cavab yaz
    • Anonim
      xxx · 2 Dekabr 12:3921

      Fiziki gücə görə həmişə kişi üstün olubda. Qadınlarıda qabağa getməyə qoymayıb kişilər. Sən gücünə güvənib qadın qarşısında hökmranlıq eliyərsəndə. Özünnən güclünün qabağında .......

      Cavab yaz
  • Anonim
    MMRR · 2 Dekabr 09:5910

    Cox gozel Sozlerdi cox weyi derk etdim bu sozlerde saqolun Milli/az yaxshiki varsiz bunu sona qeder oxumaqi terceh ederem

    Cavab yaz
  • Anonim
    Aydlndl · 2 Dekabr 12:5221

    Dovr deyiwib daha.men tanldlglm chox aile var ki qadlnln bir baxlwl ile kiwi ozune duzeliw verir amma eslinde tersi olmalidi

    Cavab yaz
    • Anonim
      xxx · 2 Dekabr 13:2400

      Niye?Məntiqli cavab verə bilərsən?

      Cavab yaz
    • Anonim
      Kxxx · 2 Dekabr 13:2610

      Kişinin sözü keçir başqa, kişinin sözü keçməlidir başqa məsələdir. Fiziki gücə görə kişi ailədə liderdi, ona görə hamı elə bilir belədə olmalıdır.

      Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 13:4910

    Mence her ikisi lider ola biler eger bir birlerini anlasalar aralarinda qarsiliqli sevgi hormet olsa mence her sey yaxsi olar

    Cavab yaz
  • Anonim
    orbet. · 2 Dekabr 15:2212

    Həmin ailədəlki kişinin icazəsi olmadan nəsə edilirsə o ailə çox keçməz anarxiyaya çevrilər. Ola bilər ki qadın daha ağıllı olsun kişidən amma kişinin padşahı deyil ağıllı vəziri olmalıdır. Uşaqlar görsələr ki ailədə atanın sözü dəyərli deyil ana nə bilir onu edir həmin uşaqlarda tərbiyə düzgün formalaşmaz. Gələcəkdə şəxsi həyatlarında problemlərlə üzləşmə ehtimalları var. Bu barədə çox geniş izahlar vermək olar. Amma kifayətdir

    Cavab yaz
  • Anonim
    sima · 2 Dekabr 20:0500

    hansı qız imkanlıdı ere gedende olur lider cunki yezneni işle temin edirler maşin pul vay kasıbın halına bax burda lider kişidi .indi ki zemanede 80%qadın işleyir20% kişi evde oturub arvadın getireceyi pulu gözleyir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.