Cəmiyyət

Piyada keçidlərinin dayaqları niyə yola birləşdirilir? - VİDEO

1 Dekabr 2016 21:14
0 Şərh     Baxış: 622

Yeni tikilən piyada keçidinin dayaqları yola birləşdirilib, hətta bunun üçün yolun kənarında olan dəmir arakəsmələr də sökülüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  görüntülər Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsindədir. Burada yaşayan sakinlər yolda yeni piyada keçidinin tikilməsinə sevinsələr də keçidin yola bu qədər yaxın olmasından narahatdılar.

Bakı - Sumqayıt yolunda tikilməkdə olan digər keçid də bu şəkildə inşa edilir.

Burda da keçidin dayağı yola birləşdirilib. Halbuki, təcrübəyə baxdıqda görmək olur ki, zaman keçdkcə yolun genişləndirilməsi  lazım olur bu və zaman dövlət büdcəsindən əlavə xərc ayrılaraq keçidin dayaqları arxaya çəkilir.

"Azəravtoyol" ASC-nin sözçüsü Anar Nəcəfli isə bildirir ki, yeni keçidlər tikilərkən müvafiq dövlət qrumları ilə razılaşdırılıb və təhlükəsizlik qaydalarına tam əməl edilib. Yolun genişləndirilməsinə isə ehtiyac yoxdur.

Ümid edirik ki, həqiqətəndə həmin ərazidə gələcəkdədə sıxlıq olmaz və yolu genişləndirməyə ehtiyac qalmaz. Əks təqdirdə dövlət büdcəsindən əlavə vəsait xərclənəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Piyada keçidlərinin dayaqları niyə yola birləşdirilir?

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.